AZ

ABŞ-Venesuela müharibəsi başlayır? - Trampdan AÇIQLAMA

BAKI, 30 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun narkotik qaçaqmalçılığı ilə mübarizə çərçivəsində Venesuelaya zərbələr endirmək niyyətində olub-olmadığına aydınlıq gətirməyib.

Teleqraf xəbər verir ki, Amerika lideri Virciniya ştatının Kuantiko şəhərindəki ABŞ Dəniz Piyadaları bazasına uçmazdan əvvəl Ağ Evdə jurnalistlərlə söhbətində Venesuelanı təhlükəli adlandırıb.

“Venesuela ilə nə baş verəcəyini görəcəyik. Venesuela çox təhlükəlidir. Narkotik və digər şeylər baxımından. Kartellərə baxacağıq”, - ABŞ administrasiyasının rəhbəri əlavə edib.

Seçilən
39
teleqraf.com

1Mənbələr