AZ

Azərbaycanın su ehtiyatlarının 74 faizi transsərhəd çaylardan formalaşır

Cənubi Qafqazda Azərbaycanın su ehtiyatları qonşu Gürcüstan və Ermənistandan azdır. Azərbaycanın su ehtiyatlarının 74 faizi transsərhəd çaylardan formalaşır.

Xezerxeber.az xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müşaviri Elnur Əliyev Dövlət Su Ehtiyatları Agentliyinin cari ilin 9 ayı ərzində gördüyü işlərə həsr olunmuş mətbuat konfransında deyib.

“Azərbaycanın su ehtiyatı 26,2 milyard kubmetr, Gürcüstanın su ehtiyatı bundan 4 dəfə çox – 108 milyard kubmetr, Ermənistanın su ehtiyatı isə bizdən 1,5 dəfə çox - 40 milyard kubmetrdir. Gürcüstan və Ermənistan birlikdə 148 milyard kubmetr su ehtiyatına malikdir və bu, Azərbaycanın su ehtiyatlarından 5,7 dəfə çoxdur. Ölkəmiz Cənubi Qafqazdakı su ehtiyatlarının 15 faizinə, Gürcüstan 62 faizinə, Ermənistan isə 23 faizinə sahibdir. Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahəsi 4,6 milyon hektar, Gürcüstanda 3 milyon hektar, Ermənistanda isə 1,1 milyon hektardır. Son nəticədə Gürcüstan və Ermənistanın birlikdə kənd təsərrüfatına yararlı torpaqları (4,1 milyon hektar) Azərbaycanın göstəricisindən azdır”, - deyə E.Əliyev bu vəziyyətdə sudan səmərəli istifadə etməyin zəruri olduğunu nəzərə çatdırıb.

Seçilən
4
xezerxeber.az

1Mənbələr