AZ

ADSEA: Bakıda 100 mindən çox qanusuz su istifadəsi halı qeydə alınıb

BAKI, 30 sentyabr. TELEQRAF

İlkin təhlillərə görə, Bakı şəhərində 100 mindən çox qanusuz su istifadəsi halları mövcuddur. Bu o deməkdir ki, su istifadə edilir, amma sayğac quraşdırılmayıb və istifadə edilən suya görə heç bir ödəniş həyata keçirilmir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, aparılan təhlillər göstərir ki, su şəbəkəsinə qanunsuz qoşulmalar da var:

“Yəni, bir evdə iki xət qoşulub. Biz bunu açıq şəkildə deməliyik. Xətlərin birində sayğac var, digərində yoxdur və bu da qanunsuz su istifadəsində gətirib çıxardır. Su itkiləri ilə bağlı qeydə alınan rəqəmlərə sayğaclarda baş verən xətalar da aiddir. Bu da sayğacın istimar müddətinin başa çatmasıyla əlaqədərdir. Eyni zamanda, infrastrukturun köhnəlməsi ilə əlaqədər sızmalar var, bu da müəyyən həcmdə su itkiləri deməkdir. Qəzəlar da su itkilərinə gətirib çıxarır və bütün bunların hamısı ümumi su itkilərinə təsir göstərir. Agentlik bu itkilərin azaldılması məqsədilə müəyyən işlər aparır”.

Seçilən
21
teleqraf.com

1Mənbələr