AZ

Nikol Kidman və Keyt Urban ayrılıblar

Hollivud ulduzu Nikol Kidman və məşhur kantri musiqiçisi Keyt Urban təxminən 20 illik evlilikdən sonra yollarını ayırıblar. Vətəninfo.az xəbər verir ki, bu barədə Variety nəşri məlumat yayıb və xəbəri adı açıqlanmayan bir mənbə New York Post-a təsdiqləyib.

Əyləncə sahəsində ixtisaslaşan TMZ saytı bildirir ki, 58 yaşlı Kidman və 57 yaşlı Urban artıq iyun ayından bəri ayrı yaşayırlar. Maraqlıdır ki, elə həmin ay Nikol Kidman toy ildönümünü qeyd edərək, İnstaqram hesabında ərilə birgə çəkilmiş fotosunu paylaşmışdı.

Bəzi mənbələrə görə, Keyt Urban artıq cütlüyün Nashvilledəki evindən köçüb, Kidman isə münasibətləri xilas etmək üçün ciddi şəkildə çalışıb.

“O, boşanmanı istəmirdi. Evliliyi xilas etmək üçün mübarizə aparırdı,” – deyə Kidmana yaxın şəxs People jurnalına bildirib.

Cütlüyün bu evlilikdən iki övladı var: 17 yaşlı Sunday Rose və 14 yaşlı Faith Margaret.

Nikol Kidman və Keyt Urban ilk dəfə 2005-ci ilin yanvarında ABŞ-da keçirilən illik G’Day qala gecəsində tanış olublar və bir ildən sonra, 2006-cı ilin iyununda Sidneydə evləniblər.

Kidman bundan əvvəl 1990–2001-ci illərdə aktyor Tom Kruz ilə evli olub. Onların bu evlilikdən iki övladı – 32 yaşlı Bella və 30 yaşlı Konnor var.

Seçilən
10
veteninfo.az

1Mənbələr