Oktyabr ayına olan hava proqnozu açıqlanıb.
AFN.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, bu ilin oktyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit, arabir yağıntılı keçəcəyi gözlənilir. Şimal-qərb küləyi üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 11-16 dərəcə, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 26-40 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 13-16 dərəcə isti olacaq. Gecələr 5-10 dərəcə, bəzi günlərdə 3 dərəcə isti, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 26 dərəcə isti olacaq. Yağıntı normaya yaxın gözlənilir (norma 19-32 mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 9-13 dərəcə isti olacaq. Gecələr 3-8 dərəcə, gündüzlər 9-14 dərəcə, bəzi günlərdə 18 dərəcə isti olacaq. Yağıntı normaya yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 47-56 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturu 10-13 dərəcə isti olacaq. Gecələr 3-8 dərəcə, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 8-13 dərəcə, bəzi günlərdə 15-18 dərəcə isti olacaq. Yağıntı normaya yaxın olacaq (norma 53-56 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturu 13-16 dərəcə isti olacaq. Gecələr 8-13 dərəcə, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 25-27 dərəcə isti olacaq. Yağıntı normaya yaxın olacaq (norma 31-61 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturu 11-14 dərəcə isti olacaq. Gecələr 7-12 dərəcə, gündüzlər 14-19 dərəcə, bəzi günlərdə 23-25 dərəcə isti olacaq. Dağlarda gecə 2-7 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti olacaq. Yağıntı normaya yaxın, bəzi yerlərdə bir qədər çox olacaq (norma 33-126 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturu 15-17 dərəcə isti olacaq. Gecələr 11-16 dərəcə, gündüzlər 19-24 dərəcə, bəzi günlərdə 26-28 dərəcə isti olacaq. Yağıntı normaya yaxın, bəzi yerlərdə bir qədər çox olacaq (norma 31-46 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturu 14-17 dərəcə isti olacaq. Gecələr 9-14 dərəcə, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 25-28 dərəcə isti olacaq. Dağlarda gecə 4-9 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 9-14 dərəcə isti olacaq. Yağıntı normaya yaxın, bəzi yerlərdə bir qədər çox olacaq (norma 96-274 mm).