AZ

Navrotski yaxın vaxtlarda Kiyevə səfər edəcək - Sibiqa

Polşa Prezidenti Karol Navrotski yaxın müddətdə Ukraynaya ilk rəsmi səfərini planlaşdırır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat yayıb.

"Biz Polşa prezidentinin Ukraynaya səfərini gözləyirik. Ümid edirik ki, bu səfər yaxın zamanda baş tutacaq”, - Sibiqa bildirib.

Nazir əlavə edib ki, Prezident Vladimir Zelenski öz polyak həmkarı ilə dialoqa açıqdır:

"Şübhəsiz ki, ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafı baxımından bu səfər çox önəmlidir".

Seçilən
7
2
hurriyyet.az

3Mənbələr