AZ

8 ayda Azərbaycan xaricə 157 milyon dollarlıq pomidor ixrac edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricə 157,2 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.

Məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 17,7 milyon ABŞ dolları və ya 12,7% çoxdur.

Ötən ilin yanvar-avqust aylarında Azərbaycan 139,5 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.

AzPost.az

Seçilən
8
azpost.info

1Mənbələr