
Cənubi Afrikanın (CAR) Fransadakı səfiri Emmanuel Nkosinati Mtetva yaşadığı otelin 22-ci mərtəbəsindən yıxılaraq ölüb.
Yeniavaz.com “The Telegraph” qəzetinə istinadla xəbər verir ki, bazar ertəsi itkin düşdüyü bildirilən səfir bu gün Parisdəki “Hyatt” otelinin həyətində ölü tapılıb.
Paris prokurorluğunun məlumatına görə, diplomatın həyat yoldaşı axşam saatlarında ondan həyəcanverici mesaj aldıqdan sonra itkin düşdüyünü bildirib.
Onun öz həyatına qəsd etdiyindən ehtiyat edən polis Parisin qərbindəki meşəlikdə axtarışlara başlayıb.
Hadisə ilə bağlı istintaq başlayıb.
58 yaşlı diplomatın intihar etdiyi güman edilir.
Qeyd edək ki, Mtetva bu vəzifəyə keçən ilin fevralında təyin edilib. O, siyasətdə onilliklər sürən karyerasından sonra Cənubi Afrikanın YUNESKO-dakı daimi nümayəndəsi kimi də fəaliyyət göstərib.