AZ

Rusiya Dneprə hücum edib

Rusiya ordusu Dnepr şəhərinə pilotsuz uçan aparatlarla hücum edib, nəticədə şəhərdə yanğınlar baş verib və yaralılar var.

Aznews.az xəbər verir ki, bu barədə “UNIAN“ Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısaka istinadən məlumat verib.

“Ruslar Dnepri PUA ilə vurublar. İlkin məlumata görə, yaralılar var”, – o bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində şəhərdə bir neçə yanğın qeydə alınıb. Ətraflı məlumatlar dəqiqləşdirilir.

Seçilən
24
11
aznews.az

10Mənbələr