AZ

Rusiya PUA-ları Dneprə hücum etdi − Ölən və yaralananlar var


Rusiya pilotsuz uçuş aparatları sentyabrın 30-da günorta saatlarında Ukraynanın Dnepr şəhərinə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində bir neçə yanğın baş verib.
O, 15 nəfərin yaralandığını bildirib. Yaralıların əksəriyyəti xəstəxanaya yerləşdirilib, biri dünyasını dəyişib.
Hücum nəticəsində tibb mərkəzi və uşaq stomatologiyası klinikasına ziyan dəyib.
Ukrayna mətbuatının yaydığı videolarda yanan avtomobillər və binalar görünür.
Seçilən
20
yeniavaz.com

1Mənbələr