1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Çexiya hökuməti ölkədə akkreditasiyadan keçməmiş Rusiya diplomatik və xidməti pasportlarına malik şəxslərin ölkəyə girişini qadağan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski "X" hesabında məlumat verib.
"Mənim təşəbbüsümlə hökumət bu gün (30 sentyabr) Çexiya milli akkreditasiyası olmayan rusiyalı diplomatların və xidməti pasport sahiblərinin Çexiyaya girişinə qadağa qoyub", - deyə o yazıb.
Yan Lipavski bildirib ki, tədbir ölkədə yerləşən beynəlxalq hava limanlarına şamil edilir.