Ajans.az "Qarabağ"ın rəsmi saytına istinadən xəbər verir ki, oyundan əvvəl Qarabağ atları stadionun ətrafında dövrə vuraraq tribunadakı azarkeşlərə unudulmaz anlar yaşadacaq. Bu ənənəvi simvol klubun adını və Qarabağ ruhunu azarkeşlərə daha yaxından çatdırmaq məqsədi daşıyır. Dövrə stadionun atletika zolağında saat 19:35-də start götürəcək. Verilən məlumata görə bu, azarkeşlər üçün motivasiya məqsədilə nəzərdə tutulub.
Qeyd edək ki, “Qarabağ” - “Kopenhagen” matçı oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək.