AZ

Prezident: Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır

Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır.

 

Pravda.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşdə söyləyib.

 

Dövlətimizin başçısı bildirib: “Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır”.

Tarix: 30 Sentyabr 2025, 20:55   
Seçilən
15
28
pravda.az

10Mənbələr