“Borussia Dortmund”, “Mayns” və “Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp Mersisayd klubundan ayrıldıqdan sonra asudə vaxtını necə keçirdiyindən danışıb.
İdman.biz-in məlumatına görə, almaniyalı mütəxəssis 2024/25 mövsümünün sonunda “Liverpul”dan ayrılıb və hazırda “Red Bull”da çalışır.
“Mən bir çox ölkədə məşqçilik etmişəm və oteldən, stadiondan və ya məşq meydançasından başqa heç nə görməmişəm. Başqa heç nə. Və o qədər də darıxdığımı deyə bilmərəm. İndi seçimim var. Tətilə gedə bilərəm. Və nə vaxt gedəcyimə özüm qərar verirəm. Yaxşı, Ulla (Yürgenin həyat yoldaşı – red) qərar verir. Amma Premyer Liqa və ya Bundesliqa yox”, - Klopp deyib.