AZ

ABŞ silah satışı sahəsində böyük dəyişikliklər olacaq – Tramp

ABŞ Müharibə Nazirliyi tezliklə hərbi satınalmaları sadələşdirməyə və Amerika silahlarının xaricə çatdırılması üçün lazım olan vaxtı azaltmağa yönəlmiş böyük islahatlara başlayacaq.

Musavat.com xəbər verir ki, bu məlumatla ABŞ prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin yüksək rütbəli komandanlığı qarşısında çıxış edib: "Müharibə naziri Heqset tezliklə müdafiə satınalmalarını sadələşdirmək və xarici hərbi satışları sürətləndirmək üçün böyük islahatlar elan edəcək.

Avadanlığımızı almaq istəyən bir çox ölkə var və bir çox hallarda silah istehsalı və çatdırılması çox uzun çəkir".

Qeyd edək ki, görüşü müharibə naziri Pit Heqset Virciniya ştatının Quantico şəhərindəki ABŞ Dəniz Piyadaları bazasında təşkil edib.

Musavat.com

Seçilən
2
4
musavat.com

5Mənbələr