AZ

“Hamının başa düşməsi üçün dedim ki, oğlum ən yaxşıdır” - NARAZI ATA

“Barselona”nın vingeri Lamin Yamal “qızıl top” uğrunda səsvermədə ikinci yerə layiq görülüb. Mükafatı PSJ-nin hücumçusu Osman Dembele qazanıb.

Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, mükafatlandırma mərasimindən sonra Yamalın atası Munir Nasraui oğlunun dünyanın ən yaxşısı olduğunu bildirib.

Onun bu sözləri müzakirələrə səbəb olub. Nasraui bir daha bu mövzuda açıqlama verib:

“Qəribə bir şey baş verdi. Lamin dünyanın ən yaxşı futbolçusudur. Onun rəqibi yoxdur.

Mən heç bir axmaq söz demədim, sadəcə hamının başa düşməsi üçün dedim ki, oğlum ən yaxşıdır. Daha başqa söz demədim. Heç nə, danışsınlar”.

Yamal özü şəxsi olaraq Dembeleni təbrik edib.

Seçilən
4
sportinfo.az

1Mənbələr