AZ

“Gələcəkdə baş məşqçi olmayacağımı demək çətindir”

Məşhur alman mütəxəssis Yurgen Klopp gələcəkdə yenidən baş məşqçi işləyib-işləməyəcəyinə dair açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "The Athletic" sabiq çalışdırıcının dediklərini belə çatdırıb.

“Sadəcə istirahət edirdim (Liverpulu tərk etdikdən sonra). İdmanla məşğul olur, həyatdan zövq alır, nəvələrimlə görüşürdüm. Sadə gündəlik işlərlə məşğul idim və bilirdim ki, bir gün yenidən işləməyə başlayacağam. Amma eyni zamanda bilirdim ki, baş məşqçi olmayacağam. Heç vaxt? Bəli, düşünürəm ki, bəli. Amma dəqiq bilmirəm.

Mən 58 yaşındayam. Əgər 65 yaşımda yenidən məşq etməyə başlasam, insanların “Sən demişdin ki, artıq olmayacaqsan!” deməsini istəmirəm. Üzr istəyirəm, amma o vaxt mən elə düşünürdüm”.

Klopp “Borussiya” (Dortmund) komandasını çalışdırmış və bundan əvvəl “Maynts”da fəaliyyət göstərmişdir. 2016-cı ildən 2024-cü ilə qədər isə o, “Liverpul”un baş məşqçisi olub və İngiltərə klubunu Premyer Liqa, UEFA Çempionlar Liqası, daxili kuboklar və Klub Dünya Çempionatı qələbələrinə daşıyıb.

Seçilən
28
90deqiqe.az

1Mənbələr