AZ

Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi müzakirə olunub

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, görüşdən sonra yazılı açıqlama yayılıb.

Bildirilib ki, toplantıda müzakirə olunan mövzular arasında Ermənistanla normallaşma prosesi də olub.

Həmçinin Azərbaycanla Naxçıvan arasında maneəsiz daşımalara imkan yaradacaq və regionun bütün ölkələrinin xeyrinə nəticələr verəcək nəqliyyat xəttinin (TRIPP - Zəngəzur dəhlizi - red.) əhəmiyyəti qeyd edilib. Habelə, bölgədə tam sülhün bərqərar olması əzmi vurğulanıb.

İclasda terrora qarşı mübarizə, Qəzza və Suriyadakı vəziyyət, Rusiya-Ukrayna münaqişəsi kimi mövzulara da toxunulub.

Seçilən
1
3
moderator.az

4Mənbələr