AZ

Dondurma boğaz ağrısını kəsir Açıqlama

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dondurma boğaz ağrısını müvəqqəti azalda bilər, lakin müalicəvi təsiri yoxdur.

Milli.Az xəbər verir ki, bunu rusiyalı terapevt Nadejda Çernışova aif.ru-ya açıqlamasında bildirib. 

Onun sözlərinə görə soyuqluğun təsirindən damarlar bir qədər daralır, şişkinlik azalır və yüngül keyləşdirici effekt yaranır. Lakin bu, yalnız qısa müddətli rahatlama verir, xəstəliyin səbəbini aradan qaldırmır.

Həkim xəbərdarlıq edib ki, bəzi boğaz xəstəliklərində soyuq əks göstərişdir. Məsələn, larinqit zamanı səsin tutulması və ya danışmaqda çətinlik olduqda dondurma yemək olmaz, çünki soyuqluq səs tellərinə mənfi təsir edir və vəziyyəti ağırlaşdıra bilər.

Çernışova vurğulayıb ki, boğaz ağrısının müalicəsi üçün xüsusi pastillər və ya sorulan tabletlər kimi daha effektiv vasitələr mövcuddur.

İsmayıl

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
news.milli.az

3Mənbələr