AZ

İranlı deputatdan İsraillə bağlı yeni iddia: Onlar bizi izləyir

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Mahmud Nəbəvian ölkə mediasına müsahibəsində İsrailin İranda kəşfiyyat üstünlüyünə malik olduğunu iddia edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr News” məlumat yayıb. Deputatın sözlərinə görə, İsrailin kəşfiyyat üstünlüyü çox vaxt texnologiya və internet platformalarından istifadə sayəsində 90%-ə çatır.

“İranda bütün şəhər kameraları, o cümlədən yol qovşaqlarındakı kameralar İsrailin nəzarəti altındadır və birbaşa idarə olunur. Onların bizi izləməsi istisna deyil”, – Nəbəvian deyib.

O həmçinin bildirib ki, bu üstünlük 12 günlük müharibə zamanı İran rəsmilərinin hərəkətlərini izləmək və hətta Milli Təhlükəsizlik Şurasının iclas yerini müəyyənləşdirmək üçün istifadə olunub.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
globalinfo.az

1Mənbələr