AZ

Brilliant Dadaşova: “Murad Arifin konsertinə ilk dəfədir ki, gəlirəm”

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

"Murad Arifin konsertinə ilk dəfədir ki, gəlirəm".

Bu sözləri BAKU.WS-ə açıqlamasında müğənni Murad Arifin konsertinə gələn Xalq artisti Brilliant Dadaşova deyib.

İfaçı bildirib ki, Murad Arifin gözəl intonasiyası və musiqi biliyi var:

"Onu hər yerdə dinləyirəm. Mən bu gün səhnəyə çıxmayacam, sadəcə onu dinləməyə gəlmişəm. Buna baxmayaraq Murad Ariflə iki duetimiz var.

O aparıcı olanda tez-tez verilişlərində olurdum. Murad musiqini bilir, gözəl intonasiyası və musiqi biliyi var. Onunla musiqidən danışmaq çox rahatdır".

Xatırladaq ki, bu gün müğənni Murad Arifin Heydər Əliyev Sarayında konserti keçirilir. Sənətçinin "3:0" adlı konsertində müxtəlif şoualar, maraqlı rəqslər və hit mahnıların səsələndirilməsi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
baku.ws

2Mənbələr