AZ

İspan Premyer Liqanı təriflədi, “Qəbələ” və “İmişli”nin adını çəkdi

“Turan Tovuz”un legioneri Alexandro Serrano Sportinfo.az-a müsahibə verib.

İspaniyalı yarımmüdafiəçi komandasının “Kəpəz”i darmadağın etdiyi (3:0) matçdan sonra sualları cavablandırıb.

- Bu cür parlaq qələbə gözləyirdin?

- Oyuna istədiyimiz kimi başlaya bilmədik. Xüsusən topa nəzarət etməkdə çətinlik çəkirdik. Vurduğumuz ilk qol yerinə düşdü. Rəqib özünə gəlməmiş ikinci vurduq və nisbətən rahat oynamağa başladıq. Fasilədən sonra “Kəpəz”in daha çox pressinq edəcəyi və hücuma atılacağı məlum oldu. Üçüncü qolu vaxtında vurub lazım olan 3 xalı qazandıq.

- “Turan Tovuz” 12 xalla “Zirə”ylə birlikdə turnir cədvəlinə liderlik edir. Bu fakt sizi rahatlıq verir, yoxsa əksinə, yeri qorumaqla bağlı gərginlik yaradır?

- Hələ yolun başındayıq. Qarşıda bizi 27 oyun gözləyir. Növbəti turlarda turnir cədvəlində yerdəyişmələr olacaq. Özünüz də görürsünüz ki, hər turdan sonra bəzi komandalar yerini dəyişir. Ötən mövsümə də yaxşı başlamışdıq. Lakin sona yaxın gözləmədiyimiz halda itirilən xallar bizi avrokuboklara vəsiqədən etmişdi. Həmin səhvləri təkrarlamaq haqqımız yoxdur. Turnir cədvəlinə baxmadan yolumuza davam etmək və xallar qazanmaq istəyirik.

- İndiki “Turan Tovuz” ötən ilki komandadan nə ilə fərqlənir?

- Çox sayda yeni futbolçular gəlib, heyət genişlənib. Hazırda hər mövqedə azı iki futbolçumuz var. Ötən mövsümün ikinci yarısında zədəli və cəzalı futbolçulara görə çox əziyyət çəkmişdik. Ancaq indi belə deyil, heyət genişdir, rəqabət böyükdür. Üstəlik, yeni gələn futbolçuların səviyyəsi və təcrübəsi uğurlu nəticələr qazanmağa imkan verir. Verilən tapşırıqları tam yerinə yetirsək, istənilən rəqibi məğlub etmək gücündəyik.

- Çempionatın səviyyəsi necə, ötən mövsümlə müqayisədə fərq hiss olunur?

- Səviyyə və rəqabətin artdığını deyə bilərəm. Komanda sayının çoxalması çempionata maraq qatıb. Digər tərəfdən yeni gələn legionerlərin səviyyəsi də çempionatın gərgin keçəcəyindən xəbər verir. “Qəbələ”nin topla oyununu çox bəyənirəm. “İmişli”də sistem formalaşıb, baş məşqçi orada yaxşı işlər görür. Fikir verirsinizsə, iddialı rəqiblərdən gözlənilmədən xallar alırlar.

HƏBİB

Seçilən
6
sportinfo.az

1Mənbələr