Bakının Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Yeni məhəllə adlanan ərazidə dəhşətli görüntülər qeydə alınıb.
Vİdeonu çəkən şəxs BAKU.WS-in "qaynar xətti"nə bildirib ki, bir nəfər pişiyi öldürüb. Həmin şəxs heyvana olmazın işgəncələr verib.
"Bu şəxs pişiyə işgəncə verib. Çox istərdik ki, bu insan tapılsın, lazımi şəkildə tədbir görülsün", - deyə şikayətçi bildirib.
Əvvəlcədən bildirək ki, ürəyi xəstə və uşaqların görüntülərə baxması məsləhət deyil.
Həmin videonu təqdim edirik: