AZ

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar elan etdi

Ukrayna Prezidenti Volodimir Zelenski sanksiya siyasəti ilə bağlı iclas keçirib, ondan sonra Rusiyaya qarşı yeni məhdudiyyətlər elan edib.

Teleqraf xəbər verir ki, elan onun Telegram kanalında yayımlanıb.

O xatırladıb ki, təkcə sentyabr ayında Ukrayna “beş sanksiya qərarı” təqdim edib və həmçinin Britaniya sanksiyalarını yerli yurisdiksiyasında sinxronlaşdırıb. Zelenski bildirib ki, bütün müttəfiqlərin Moskvaya qarşı sanksiya paketləri Kiyevin təkliflərini nəzərə alır .

"Aİ-nin 19-cu sanksiya paketinin ən qısa zamanda qəbul edilməsini gözləyirik. Biz də ABŞ-la birlikdə sanksiya təzyiqini daha da artırmaq üçün işləyirik. Kömək edən hər kəsə təşəkkür edirəm. Mən göstəriş vermişəm ki, müddəti bitən sanksiyaların uzadılmasına hazır olun və sanksiyaların tərəfdaşlarımızla sinxronlaşdırılması sürətləndirilsin. Bu təzyiqin təsirli olması vacibdir", - Zelenski yazıb.
Seçilən
7
5
sherg.az

6Mənbələr