AZ

Son vaxtlar Aİ ilə müsbətə doğru addımlar atılır -Prezident İlham Əliyev

“Bu gün danışıqlar zamanı biz, həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında danışdıq”.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə birgə mətbuata verdiyi bəyanatlarında deyib. 

Ölkə başçısı qeyd edib ki, İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verib: “Bu gün də biz bunu hiss edirik və son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır. Bu da bizi təbii olaraq məmnun edir.

Bir sözlə, bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər”.

Seçilən
5
7
ikisahil.az

8Mənbələr