AZ

İlon Mask vikipediyanın alternativini yaradır

Milyarder İlon Maskın təsis etdiyi "xAI" şirkəti vikipediyanın alternativi olacaq "Grokipediya" üzərində çalışır.

Axşam.az xəbər verir ki, bu barədə Mask "X" hesabında məlumat verib.

Yeni layihə ilə bağlı açıqlama, ABŞ-nin prezidenti Donald Trampın administrasiyasında süni intellekt və kriptovalyutalar üzrə xüsusi nümayəndəsi olan Deyvid Saksın paylaşımına cavab olaraq gəlib. Saks öz tvitində bildirib:

“Vikipediya tamamilə qərəzlidir. Solçu aktivistlər burada məntiqli düzəlişlərlə mübarizə aparırlar. Problemi daha da ağırlaşdıran məsələ odur ki, vikipediya tez-tez "Google" axtarışlarında ilk nəticə kimi çıxır və indi süni intellekt modellərinin öyrədilməsi üçün əsas mənbəyə çevrilib. Bu, ciddi problemdir”.

Mask isə cavab olaraq bildirib ki, "Grokipediya" layihəsi "xAI" şirkətinin kainatı dərk etmək məqsədinə doğru atılan vacib addımdır. Onun sözlərinə görə, bu platforma vikipediyadan xeyli üstün olacaq.

Qeyd edək ki, "Grok" - "xAI" şirkəti tərəfindən yaradılmış generativ süni intellekt əsaslı çat-botdur. Mask bu çat-botu 2023-cü ilin noyabrında istifadəyə verib. "Grok" hazırda X sosial şəbəkəsinə inteqrasiya olunub və istifadəçilər onun cavablarını paylaşa bilirlər.

Seçilən
4
1
demokrat.az

2Mənbələr