AZ

Üzüm göz sağlamlığını qoruyur – alimlərdən yeni araşdırma

Göz sağlamlığını qorumaq və görmə qabiliyyətini gücləndirmək üçün sadəcə az miqdarda, amma müntəzəm olaraq üzüm yemək kifayətdir.

E-saglam.az xəbər verir ki, alimlərin yeni araşdırması göstərib ki, üzüm görməni yaxşılaşdırır və torlu qişanın funksiyalarını qoruyur.

Araşdırmanın nəticələri aşağıdakı kimidir:

Sinqapurda aparılan ilk insan üzərində tədqiqat zamanı 16 həftə ərzində üzüm yeyən yaşlı insanlarda görmə qabiliyyətində nəzərəçarpacaq yaxşılaşma qeydə alınıb. Bu nəticələr əvvəlki laborator araşdırmaları təsdiqləyib: üzüm torlu qişanı zədələnmədən qoruyur və onun fəaliyyətini dəstəkləyir.

Məlumdur ki, yaş artdıqca göz xəstəlikləri və görmə problemləri riski artır. Bunun əsas səbəbləri oksidləşdirici stress və zərərli şəkər törəmələrinin (qlikasiyanın son məhsulları) toplanmasıdır. Bu proseslər gözün damarlarını və hüceyrə funksiyalarını zədələyərək görməni zəiflədir.

Üzümün faydalı təsirləri:

Üzüm güclü antioksidantlar və polifenollarla zəngindir.

Antioksidantlar oksidləşdirici stresi azaldır və göz hüceyrələrini qoruyur.

Piyqment sıxlığını artıraraq (makula piqmenti) daha aydın görməyə kömək edir.

Zərərli şəkər törəmələrinin əmələ gəlməsini azaldır.

Tədqiqatın gedişi:

34 nəfər iki qrupa bölünüb:

birinci qrup gündə təxminən 1,5 stəkan üzüm yeyib,

ikinci qrup isə plasebo qəbul edib.

16 həftənin sonunda üzüm yeyənlərin qanında antioksidant səviyyəsi yüksəlib, faydalı fenolların miqdarı artıb, torlu qişanın qoruyucu göstəriciləri yaxşılaşıb. Plasebo qrupunda isə əksinə, zərərli şəkər törəmələrinin artdığı müşahidə olunub.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
9
e-saglam.az

1Mənbələr