Oktyabr ayının 1-dən Bakıda məktəb avtobusları layihəsi başlayır...
Poliqon Xəzər TV-yə istinadən bildirir ki, şəhər mərkəzində yerləşən müəyyən məktəblər bu layihəyə cəlb olunur.
Pilot layihənin məqsədi şagirdlərin təhlükəsiz və rahat şəkildə daşınmasını təmin etməkdir.
Layihənin həmtəsisçi Orxan Abbasov deyib ki, bu proses Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Onun sözlərinə görə, layihəyə 1200-dən çox şagird qoşulub: "Artıq 1200-dən çox şagird istifadəçimiz var. Bu ildən pilot formada keçirilir. Gələn ildən etibarən isə digər məktəblərdə də istifadəyə veriləcəkdir. Valideynlər mobil tətbiqi yükləyərək öz uşaqlarının məktəblərini seçə, öz uşaqlarını əlavə edə bilərlər. Uşaqlarını əlavə elədikdən sonra bizim qiymətlərlə tanış ola bilərlər. Qiymətlərimiz 100 manatdan başlayır. Qazi və şəhid ailələlərinə xüsusi endirmlər tətbiq olunur".
Yeniliyə münasibət bildirən valideynlər bu təşəbbüsün həm özləri, həm də övladları üçün daha təhlükəsiz və rahat olacağını düşünürlər.
İlkin mərhələdə 8 dövlət məktəbində, 3 özəl məktəbdə fəaliyyətə başlanılacaq. 1-ci sinifdən 11-ci sinifə kimi bütün şagirdlər bu xidmətdən yararlana bilər.
Xidmətin ödənişli olması da valideynləri narahat eləmir. Onlar deyirlər ki, övladların təhlükəsizliyi ön plandadır.
Qeyd edək ki, məsafə, uşaq sayı, birtərəfli və ya ikitərəfli gedişin olmasına görə qiymətlər dəyişir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Poliqon.info