AZ

BU DÖVLƏT ŞİRKƏTLƏRİ ÖZƏLLƏŞDİRİLƏCƏK Asiya İnkişaf Bankı araya girdi, görüş oldu (SİYAHI)

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) Asiya İnkişaf Bankının (AİB) bazar həlləri üzrə vitse-prezidenti Barqav Dasqupta ilə görüş olub.

Mia.az xəbər verir ki, bu barədə AZCON-un Müşahidə Şurasının sədri, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial media hesabında yazıb.

"AZCON Holding-ə daxil olan şirkətlərin özəlləşdirilməsi istiqamətində görüləcək işlər və strateji layihələrə özəl sektorun cəlb olunması məsələlərini müzakirə etdik. "Hökumət buludu", hava nəqliyyatı, metro, dəmir yolu və avtomobil nəqliyyatı kimi strateji sahələr üzrə tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - R.Nəbiyev qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
2
mia.az

10Mənbələr