Avstriya OMV neft-qaz şirkətinin casusluqda şübhəli bilinən top-meneceri ilə görüşən rusiyalı diplomatı "persona non-qrata" (arzuolunmaz şəxs) elan edib.
Oxu.Az-ın "Kurier" nəşrinə istinadən verdiyi xəbərə görə, rusiyalı diplomat ölkəni tərk edib.
Bildirilir ki, OMV şirkəti də Avstriya Dövlət Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin bir neçə aydır izlədiyi top-meneceri işdən çıxarıb. Dominos pizza
Məlumata görə, şirkətin əməkdaşı Qərbin xüsusi xidmət orqanlarının Federal Təhlükəsizlik Xidmətinin agenti saydığı rusiyalı diplomatla görüşüb.
OMV-nin top-menecerinin evində aparılan axtarış zamanı məxfi sənədlər aşkarlanıb.
Telegram kanalımız