Idman.biz saytına istinadən ain.az xəbər verir.
Futbol üzrə Azərbaycan II Liqasında IV tura yekun vurulub.
İdman.biz xəbər verir ki, “Xankəndi” “Sheki City”ni 1:0 hesabı ilə məğlub edib.
4 turdan sonra “Sheki City” 6 xalla 6-cı, “Xankəndi” 12 xalla ilk pillədə qərarlaşıb.
Turun digər oyununda “Şirvan” səfərdə “Kür-Araz”dan üstün olub – 3:1.
9 xal toplamış “Şirvan” 4-cü yerdədir. “Kür-Araz” 4 xalla 9-cu yerdə qərarlaşıb.
“Şəmkir” isə öz meydançasında “Ağstafa Gənclərini” məğlub duruma salıb – 3:1.
“Şəmkir”in 4 oyundan sonra 9 xalı var. Komanda üçüncü yerdədir. “Ağstafa Gəncləri” isə keçirdikləri oyunların hamısında məğlub olaraq sonuncu yerdə qərarlaşıblar.
İdman.biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.