AZ

Yeni tariflər vaxtından əvvəl qüvvəyə minib? - VİDEO

İctimai nəqliyyatda gedişhaqqının artırılması ilə bağlı qərar sabahdan qüvvəyə minsə də, bəzi avtobuslarda indidən artım olduğu iddia edilir.

Hakimiyyet.az xəbər verir ki, sakinlər 104 nömrəli müntəzəm marşrut üzrə fəaliyyət göstərən avtobuslardan şikayətçidirlər.

Onlar deyirlər ki, bu gün sentyabrın 30-dur, ancaq indidən həmin marşrut avtobuslarında gedişhaqqı 55 qəpik çıxılır.

Sərnişinlərin iddiasına görə, 104 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda şənbə günündən etibarən gedişhaqqı 55 qəpik olub.

O da bildirildi ki, əvvəl bu marşrut xətti üzrə hərəkət edən avtobuslar köhnə olub, ancaq indi xəttə yeni avtobuslar buraxılıb.

Sürücü isə gedişhaqqının şirkət rəhbərliyi tərəfindən belə təyin olunduğunu deyib.

Məsələ ilə bağlı AYNA-dan isə bildirilib ki, 104 nömrəli marşrutda nağdsız ödənişin tətbiqi, marşrutun uzunluğu və sərnişinlərin dayanacaqlar üzrə marşrutdan istifadəsi nəzərə alınaraq tarif 55 qəpik təyin edilib. Daha əvvəl isə sözügedən marşrut xəttində köhnə avtobuslar olduğundan qiymətlər 50 qəpik hesablanıb.

Qeyd edək ki, sabahdan qüvvəyə minəcək yeni tariflər üzrə 104 saylı marşrut xəttinin gedişhaqqının 60 qəpiyə olacağı açıqlanıb.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Seçilən
16
9
hakimiyyet.az

10Mənbələr