AZ

Putin krala bu quşu göndərdi

Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə Rusiya prezidenti Vladimir Putinin adından hədiyyə olaraq iki Kamçatka-Çukotsk şunqarı alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Nazirlikdən verilən məlumata görə, nadir yırtıcılar Kamçatka Şahin Mərkəzində xüsusi olaraq yetişdirilib.

Rusiya Təbii Sərvətlər Nazirliyinin Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru İvan Kuş bildirib ki, bu hədiyyə hörmət və ölkələr arasında mədəni və ekoloji əməkdaşlığı inkişaf etdirmək istəyini simvollaşdırır. O, şunqarların bağışlanmasının Rusiya ilə Bəhreyn arasında diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünə təsadüf etdiyini qeyd edərək, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və nadir quş növlərinin qorunması üçün ortaq şahin ovu ənənələrinin vacibliyini vurğulayıb.

Seçilən
17
2
bakivaxti.az

10Mənbələr