AZ

Türkiyə Milli Təhlükəsizlik Şurası Ukrayna böhranını müzakirə etdi

Türkiyənin Milli Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirib və geniş analiz aparıb.

Musavat.com xəbər verir ki, rəsmi açıqlamada bölgədə baş verən hadisələrin müharibənin daha da genişlənməsi riskini göstərdiyi və bunun ciddi narahatlıq yaratdığı vurğulanıb.

Eyni zamanda, Ankara Ukrayna böhranının həlli üçün daha çox məsuliyyət götürməyə hazır olduğunu bəyan edib. Bildirilib ki, Türkiyə diplomatik kanalları fəal şəkildə işlətməklə münaqişənin sülh yolu ilə nizamlanmasına töhfə vermək niyyətindədir.

Xatırladaq ki, Türkiyə həm NATO üzvü, həm də Rusiya ilə sıx əlaqələri olan ölkə kimi müharibənin əvvəlindən bəri vasitəçi rolunda çıxış edir. İndi isə Ankara beynəlxalq səviyyədə daha fəal iştirakçı kimi önə çıxmağa hazırlaşır. 

 

Musavat.com

Seçilən
5
38
musavat.com

10Mənbələr