Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında badminton yarışlarına start verilib.
Operativ Media xəbər verir ki, ilk gündə qarışıq komanda yarışları keçirilib.
A qrupunda Azərbaycan Tacikistana 5:0 hesabı ilə qalib gəlib, Özbəkistana isə uduzub -2:3.
B qrupunda isə millimiz Qazaxıstan və Rusiyaya 0:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.