Türkiyənin ən böyük aviadaşıyıcısı olan Türk Hava Yolları Türkiyə ilə Ermənistan arasında müntəzəm hava əlaqəsi yaratmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.
"Assosiasiyamızın direktorlar şurası imkanlardan və bazar şəraitindən asılı olaraq Rumıniyanın Timişoara və Ermənistanın paytaxtı İrəvana müntəzəm reyslər açmaq qərarına gəlib", - deyə məlumatda qeyd olunub.