Türkiyənin Diyarbəkir vilayətində təmizləmək məqsədilə istifadə olunmayan su quyusuna girən dörd nəfər ölüb.
"Report" xəbər verir ki, hadisə Çermik rayonunda qeydə alınıb.
Hadisəyə səbəb kimi generatorun işə düşməsi nəticəsində həmin şəxslərin zəhərlənməsi olub.
Hazırda cəsədlərin quyudan çıxarılması istiqamətində işlər görülür.