AZ

Qərbi Azərbaycan Xronikası: Ata baba oylaqlarımız yenidən dirçələcək

ain.az bildirir, Oxu.az portalına istinadən.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Məhv edilən Baba mənşəli toponimlər" adlı süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Baba bulaq, Babakişi, Babaxan toponimi, hidronimi və oronimi haqqında söz açılır.

Bildirilir ki, çar Rusiyasının işğalları nəticəsində XIX əsrin 20-30-cu illərindən etibarən Cənubi Qafqaza yerləşdirilmiş ermənilər bir müddət sonra azərbaycanlılara qarşı qırğınlar törətməyə və onlara məxsus toponimləri məhv etməyə başlayıblar.

Vurğulanır ki, Qərbi Azərbaycan adlı məkanda insanlardan tutmuş təbiətə, toponimə qədər bütün dəyərlər qan yaddaşımıza öz adı ilə həkk olunub: "Hər bir kənddə xalqın tarixi, taleyi, itirilmiş ocaqlarla bağlı kövrək hisləri xüsusilə fərqlənir. Ona görə də inanırıq ki, Qərbi azərbaycanlıların pozulan növrağı yenidən qurulacaq, doğma yurdlar ata-baba oylağımıza çevriləcək".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: "Ata-baba oylaqlarımız yenidən dirçələcək"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
3
oxu.az

10Mənbələr