AZ

ÜST maliyyə çatışmazlığı fonunda ixtisarlara gedir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maliyyə böhranı ilə üzləşib və bu səbəbdən işçi sayını azaltmağa məcbur olur.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus məsələ ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, bu ilin mayında Ümumdünya Səhiyyə Assambleyası tərəfindən qəbul edilən büdcə təşkilatdan ciddi və zəruri qərarlar tələb edir.
"Biz ilk növbədə rəhbər heyətin və direktorların sayını iki dəfə azaltdıq. Hazırda mövcud resursları nəzərə alaraq mənzil-qərargahımızın strukturunun yenidən təşkili mərhələsini demək olar ki, başa çatdırmışıq", - deyə Qebreyesus bildirib.
Baş direktor əlavə edib ki, digər tədbirlər arasında səfərlərin kəskin şəkildə azaldılması da yer alır. O, həmçinin 2022-ci ildə qəbul edilən və dövlətlərin ÜST büdcəsinə məcburi üzvlük haqlarının tədricən artırılmasını nəzərdə tutan qərarı müsbət qiymətləndirib.
Qebreyesusun sözlərinə görə, bu addımlar maliyyələşmədəki azalmanın təsirlərini qismən yumşaldır və təxminən 900 iş yerinin qorunmasına imkan verir. Bununla belə, ÜST rəhbəri qeyd edib ki, bu kifayət deyil və təşkilat büdcə ixtisarı ilə yanaşı işçi sayının azaldılmasından başqa çıxış yolu görmür.
Xatırladaq ki, ÜST-yə üzv ölkələr may ayında 2026-2027-ci illər üçün 4.2 milyard dollarlıq azaldılmış büdcəni təsdiqləyiblər. İlkin olaraq 5.3 milyard dollar nəzərdə tutulsa da, büdcə 21% azaldılıb.
Büdcə ixtisarının əsas səbəblərindən biri təşkilatın ən böyük donorlarından olan ABŞ-ın ÜST-dən çıxmasıdır. ABŞ 2026-cı ildən etibarən təşkilatın üzvü olmayacaq.
Seçilən
7
36
oxu.az

10Mənbələr