AZ

Paytaxtın bu ərazisində qaz olmayacaq

Bu gün paytaxtın Səbail rayonunun Bayıl qəsəbəsində qaz olmayacaq.

Bu barədə News24.az-a "Azəriqaz"dan məlumat verilib. 

Bildirilib ki, Səbail rayonu ərazisində yerləşən “Gülüstan” qaz xəttində quraşdırılmış qaz tənzimləyicisinin demontaj edilməsi işləri ilə əlaqədar, oktyabrın 1-də saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz xəttində qaz təchizatı dayandırılacaq.

Məlumata görə, həmin müddət ərzində Səbail rayonunun Bayıl qəsəbəsində qaz təchizatında fasilə yaranacaq.


Seçilən
14
49
news24.az

10Mənbələr