Olaylar.az xəbər verir ki, o, bu barədə Varşava Təhlükəsizlik Forumunda keçirilən "Düşmən qonşular fonunda demokratik suverenlik uğrunda mübarizə" adlı diskussiyada çıxış edərkən deyib.
Zurabişvili qeyd edib ki, Gürcüstanda sülhdən çox danışılır, lakin bu, köhnə sovet, indi isə rus təbliğatıdır: "Onlar sülhdən danışır, əslində isə müharibə aparırlar. Gürcüstan hibrid müharibə təhlükəsi ilə üz-üzədir. Adətən Rusiya öz imperialist təsirini bərpa etmək üçün ilk sınaqları Gürcüstanda aparır. 1993-cü ildə, 2008-ci ildə olduğu kimi indi də hibrid müharibəni burada test edirlər".
Onun sözlərinə görə, hibrid müharibə təbliğat, kiberhücumlar, seçkilərin manipulyasiyası və demokratik institutların özlərinə qarşı istifadə olunmasını əhatə edir: "Bu, totalitarizmin demokratiyanı təhrif etməsidir. Bununla mübarizə üçün hər bir element vacibdir. Güclü vətəndaş davamlılığına ehtiyac var və məncə, bizdə bu mövcuddur".
Zurabişvili əlavə edib ki, müasir dünyada yalnız daxili vətəndaş davamlılığı kifayət deyil: "Əgər xaricdən dəstək yoxdursa, bu, yetərli olmur".