AZ

Rusiya neftini daşıyan tanker Fransa sahillərində SAXLANILDI

Fransa Hərbi Dəniz Qüvvələri Avropa İttifaqı və Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara məruz qalan neft tankerinin saxlandığına dair məlumat yayıb.

Sitat.info "Reuters"ə istinadən xəbər verir ki, Benin bayrağı ilə üzən “Boracay” tankerinin sanksiyaları pozması ehtimalı araşdırılır:

"Boracay" tərəfindən qaydaların pozulması şübhəsi ilə bağlı Brest şəhərinin müvafiq prokurorluğuna hesabat təqdim edilib. İstintaq davam edir".

Nəşrin məlumatına görə, xam neft tankeri hazırda Fransanın qərbində Atlantik okeanı sahillərində, Sen-Nazer yaxınlığında lövbər salıb. Maraqlıdır ki, 2024-cü ilin oktyabrında və bu ilin fevralında Avropa İttifaqı və Böyük Britaniya tərəfindən tankerə qarşı ayrıca sanksiyalar tətbiq edilib. Məlumdur ki, o, əvvəllər etibarlı dövlət bayrağı olmadan üzdüyünə görə Estoniya hakimiyyəti tərəfindən saxlanılıb. MarineTraffic-in məlumatına görə, neft tankeri bu il sentyabrın 20-də Rusiyanın Primorsk limanını tərk edib. Baltik dənizindən keçərək Danimarka üzərindən keçib, sonra Şimal dənizinə daxil olub, La-Manş boğazından keçərək qərbə üz tutub.

2007-ci ildə inşa edilən tanker Fransanın şimal-qərbində dövrə vurduqdan sonra kursunu dəyişərək şərqə, Fransa sahillərinə doğru hərəkət etdikdə Fransız hərbi gəmisinin müşayiəti ilə aparılıb sahilə çıxarılıb.

Seçilən
11
3
sitat.info

5Mənbələr