AZ

Bakıda bu küçədə sürücülər TƏNGƏ GƏLİB - Avtomobillərini şarj edə bilmirlər

Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində (Baku City MTK-nın qarşısı) quraşdırılmış elektrik avtomobilləri üçün şarj stansiyasından istifadə etmək mümkün olmur.

Yenisabah.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə müraciət daxil olub.

Səbəb sürücülərin qaydaları pozaraq dayanma və durma qadağası olan ərazidə avtomobillərini saxlamasıdır. Dördpendirli pizza

Görüntüdən məlum olur ki, şarj stansiyası önündə qeyri-elektrik avtomobillərin dayanması vətəndaşların öz maşınlarını enerji ilə təmin etməsinə mane olur. İstifadəçilərin sözlərinə görə, bu hal hər gün təkrarlanır və problem artıq ciddi narazılıq yaradıb.

Qeyd edək ki, yol nişanları və xüsusi işarələrlə ayrılmış bu ərazi yalnız elektrik avtomobillərinin şarj olunması üçün nəzərdə tutulub. Sürücülər məsələ ilə bağlı aidiyyəti qurumlardan nəzarətin gücləndirilməsini və qaydaları pozan şəxslərə qarşı tədbirlərin görülməsini istəyirlər.


Telegram kanalımız
Seçilən
3
2
yenisabah.az

3Mənbələr