“Yüksək Dəqiqlikli Komplekslər” holdinqi (“Rostex” Dövlət Korporasiyasının bir hissəsi) “Depeşa” yerüstü robotunun növbəti partiyasını Rusiya Müdafiə Nazirliyinə çatdırıb.
Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verib.
“Robotlaşdırılmış sistemlər döyüş meydanında xüsusi əhəmiyyət kəsb edir, çünki insanın birbaşa iştirakı olmadan mürəkkəb tapşırıqları həll etməyə imkan verir. Hazırda çoxfunksiyalı “Depeşa” robotunun müxtəlif modifikasiyaları xüsusi hərbi əməliyyat zonasında hərtərəfli sınaqlardan keçirilir. Bundan əlavə, “Depeşa”nın üzərində müxtəlif döyüş modulları test olunur ki, bu da kompleksin tətbiq ssenarilərini genişləndirməyə imkan verəcək”, – “Rostex” Dövlət Korporasiyasının silah, sursat və xüsusi kimyəvi maddələr klasterinin sənaye direktoru Bekxan Ozdoyev bildirib.
“Depeşa” robotu universallığı ilə seçilir. Robotun ən mühüm xüsusiyyətləri sırasında yığcamlıq, manevr və yükgötürmə qabiliyyəti yer alır. O, əsasən tibbi ləvazimatların, döyüş sursatlarının, qida məhsullarının cəbhə xəttinə tez və səssiz şəkildə çatdırılması, habelə yaralı əsgərlərin təxliyə edilməsi üçün nəzərdə tutulub.
Həmçinin “Depeşa”nın dizaynı onun üzərində müxtəlif avadanlıqların quraşdırılmasına da imkan verir. Bu, platformanı geniş tapşırıqlar üçün uyğun edir. Yerüstü robot düşmənin şəxsi heyətini, bunkerlərini, döyüş mövqelərini, gücləndirilmiş atəş nöqtələrini və istehkamlarını məhv etmək üçün də istifadə oluna bilər.
Müstəqil asqı sistemi ilə təchiz olunan yerüstü robot yüksək manevr qabiliyyətinə malikdir. Platformanın maksimum sürəti 30 km/saat, yükgötürmə bacarığı isə 200 kiloqramdır. Uzun məsafələri qət edə bilən “Depeşa”nın robot elementləri “Prometey” proqram-texniki kompleksi tərəfindən təmin edilir.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */