AZ

Markov: Bu görüş Putinə qarşı terrora səbəb ola bilər

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp deyib ki, Ukraynada müharibəni dayandırmaq üçün rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş təşkil edilməlidir. Və o, bu görüşdə iştirak etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Tərəflər belə bir görüşü necə təsəvvür edir? Zelenski hazırlıqsız görüşün mümkün qədər tez keçirilməsini tələb edir. Onun məqsədi müharibəni dayandırmaq deyil, görüşdə hansısa çirkin şou göstərmək və Trampla Putinin arasını vurmağa çalışmaqdır.

Bəs belə bir görüş Rusiyaya niyə lazımdır? Üstəlik, Ukrayna xüsusi xidmət orqanları və onların müttəfiqləri belə görüşdən Rusiya prezidentinə qarşı terror aktı hazırlamaq üçün istifadə etmək istərdilər. Rusiya prezidentlərlə görüşə hazırdır. Amma yalnız o halda ki, bu, milli təhlükəsizlik müşavirləri və ya Xarici İşlər Nazirliyinin rəhbərləri səviyyəsində əvvəlcədən razılaşdırılsın ki – prezidentlər nəyi imzalamağa hazırdır?

Tramp Putinlə Zelenski arasında görüş istəyir. Amma o, başa düşdüyü Putin məntiqi ilə Avropa müharibə partiyasının da dəstəklədiyi Zelenskinin tələbləri arasında tərəddüd edir. Buna görə də Tramp hələ dəqiq qərar verməyib”, - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
axar.az

3Mənbələr