AZ

Rusiyanın neft emalı zavodlarından biri yanır

Rusiyanın

Rusiyanın Yaroslavl şəhərində “Slavnafta” şirkətinə məxsus “Yaroslavnefteorgsintez” neft emalı zavodunda yanğın baş verib.

Reyting.az
-ın məlumatına görə, neft emalı zavodundakı güclü yanğının videoları “Astra” da daxil olmaqla Rusiyanın telegram kanalları tərəfindən paylaşılıb.

Yaroslavl vilayətinin qubernatoru Mixail Evraev yanğının baş verdiyini təsdiqləsə də, səbəbin pilotsuz təyyarə zərbəsi deyil, texnogen olduğunu vurğulayıb.

“Sakinlər bunun düşmən hücumunun nəticəsi ola biləcəyindən narahat idilər. Amma bu gün heç bir PUA görünməyib”, - o bildirib.

Qeyd edək ki, Ukrayna pilotsuz təyyarələri əvvəllər dəfələrlə Rusiya neftayırma zavodlarına zərbələr endirib, bu, istehsalın dayandırılmasına, yanacaq tədarükündə fasilələrə və yanacağın qiymətlərinin artmasına səbəb olub.

Son həftələr Ukrayna Rusiyanın neft emalı zavodlarına, boru kəmərlərinə və ixrac terminallarına hücum dalğalarına başlayıb. Bu hücumlar ölkənin ümumi daxili məhsulunun dörddə birini təşkil edən Rusiyanın geniş neft və qaz sənayesinə ciddi təsir göstərib.

V. QULİYEV
Seçilən
21
1
reyting.az

2Mənbələr