AZ

Ədalət Partiyasının sədr müavinləri məlum oldu - ADLAR

Ədalət Partiyasının Qurultaydan sonra Ali Məclisin ilk iclası keçirilib. 

İclasda təşkilati məsələlərə baxılıb və Rahim Nuriyev Ali Məclisin sədri seçilib. Qüvvədə olan Nizamnaməyə görə Ali Məclisin sədri tutduğu vəzifəyə görə partiyada ikinci şəxs sayılır. 

Bununla bağlı məlumat “Cebheinfo.az”-a partiyanın mətbuat xidmətindən  verilib.

Bildirilib ki, sonra Ali Məclisin komissiyalarının təşkili məsələsinə baxılıb. Komissiyaların tərkibinin formalaşdırılması və sədrinin seçilməsi növbəti iclasa saxlanılıb. Daha sonra partiyanın sədri Mütəllim Rəhimli qurultaydan ötən müddət ərzində görülən işlər haqqında Ali Məclis üzvlərinə məlumat verib. Ali Məclis partiya sədrinin təqdimatı əsasında onun müavinlərini və Siyasi Şuranın tərkibini təsdiq edib. 

Gündüz İsmayılov hüquq, Elman Bağırov  ideoloji məsələlər, Rafiq Əsədov  humanitar məsələlər üzrə sədr müavini, Çingiz Abbasov  və Abbas Hünbətli  sədrin müşavirləri və Siyasi Şura üzvləri, Əfqan Cəfərov  sədrin müşaviri vəzifələrinə təyin olunublar. 

Seçilən
11
4
cebheinfo.az

5Mənbələr