AZ

Müəmmalı vərəqələr yayıldı: almanlar orduya çağırılır

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Berlində Ukrayna müharibəsinə çağırış vərəqələri peyda olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” qəzeti yazıb.

“Vərəqələr almanları Ukrayna Silahlı Qüvvələrində qondarma Beynəlxalq Legiona qoşulmağa çağırır. Həmçinin İkinci Dünya Müharibəsindən qalma alman hərbi əsirlərinin arxiv qara-ağ fotoların üstündə “Qisas al” şüarı yazılıb. Vərəqədəki QR kodu vasitəsilə Ukrayna ordusuna qoşulmaq üçün ərizə forması olan səhifəyə keçid etmək mümkündür. Bunlar sentyabrın ortalarında Berlin küçələrində görünməyə başlayıb, lakin sonradan yığışdırılıb. Bu bildirişlərin yayılmasının arxasında kimin dayandığı məlum deyil”, – deyə bildirilib.

Qeyd edək ki, Almaniyada xarici ölkədə hərbi xidmətə cəlb etmək cinayət sayılır.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
globalinfo.az

1Mənbələr