AZ

Nigeriyada qayıq aşıb - Ölənlər var

Nigeriyanın Kogi əyalətində qayığın batması nəticəsində azı 20 nəfər həyatını itirib.

Missiya.Az xəbər verir ki, hadisə İbaji şəhərindən İluşi bazarına hərəkət edən sərnişin və yük daşıyan qayığın aşması nəticəsində baş verib. 

Məlumata görə, qayığın həddən artıq yüklü olması faciəyə səbəb olub. Qəza zamanı bir neçə nəfər də itkin düşüb. 

Hadisə yerinə cəlb olunan xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirirlər.

Qeyd edək ki, Nigeriyada bu kimi su nəqliyyat vasitələrindən tez-tez istifadə olunduğu üçün oxşar hadisələrə çox rast gəlinir.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr