AZ

Həkim soyuqdəymə zamanı zərərli qidaları açıqlayıb

Soyuqdəymə dövründə orqanizmi düzgün dəstəkləmək çox vacibdir. Endokrinoloq və dietoloq Oksana Mixaleva “Gazeta.Ru”-ya müsahibəsində xəstəlik zamanı hansı qidaların faydalı, hansının isə zərərli olduğunu izah edib.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bədən infeksiya ilə mübarizə aparmaq üçün əlavə enerjiyə ehtiyac duyur. Lakin bütün məhsullar bu məqsəd üçün uyğun deyil. Fast food, qəlyanaltılar, qızardılmış və yağlı yeməklər, qazlı içkilər sağalana qədər menyudan çıxarılmalıdır.

Mixaleva həmçinin qırmızı ət, bişmiş məhsullar və qənnadı məmulatlarından uzaq durmağı məsləhət görür. Təzə meyvə və tərəvəzlər də ehtiyatla qəbul edilməlidir, çünki onlar mədədə ağırlıq və narahatlıq yarada bilər.

Soyuqdəymə zamanı ən yaxşı seçim sadə və asan həzm olunan yeməklərdir: bulyon, şorba, sıyıq və yaxşı bişmiş ət.

Həkim əlavə edib ki, xəstəlik vaxtı iştaha yoxdursa, özünü yeməyə məcbur etmək lazım deyil. Belə halda meyvə içkiləri, kompotlar və ya bal qatılmış ilıq süd içmək faydalıdır. Bu içkilər toksinlərin bədəndən tez çıxmasına, susuzluğun qarşısını almağa və enerji bərpasına kömək edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
5
e-saglam.az

1Mənbələr